AZ

Azərbaycanda 2 universitet bir sıra vəzifələrə işçi axtarır - SİYAHI

Azərbaycanda 2 ali təhsil müəssisəsi bir sıra vəzifələrə işçi axtarır.

Ölkə.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2 vəzifə üzrə vakansiya elan edib.

DİA “Beynəlxalq münasibətlər və xarici siyasət” və“Tarix” kafedralarında kafedra müdiri işləmək istəyən şəxsləri müsabiqəyə qoşulmağa dəvət edir.

Müsabiqədə kafedra müdiri vəzifələrinin tutulması üçün bu istiqamətlər üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilər. 

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana ya da [email protected] elektron poçtuna təqdim etməlidirlər.

Telefon: 492-76-03

Ünvan: Bakı şəhəri, Lermontov küçəsi 74, 23-cü otaq

Azərbaycan Kooperasiya Universitetində isə “Ekologiya və coğrafiya” kafedrasında kafedra müdiri vəzifəsi boşdur.

Sənədlər bu elan dərc olunan gündən 1 ay müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.

Telefon: (012) 561-29-72
Ünvan: AZ-1106, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 93, 205-ci otaq.

Billurə
 

Seçilən
29
50
olke.az

10Mənbələr