Bakı. Trend:
Yaxın Şərqdəki münaqişənin və Hörmüz boğazının bloklanmasınındünyada enerji daşıyıcıları qiymətlərinə təsir etməsi fonundaTürkiyədə ev təsərrüfatları üçün nəzərdə tutulan elektrik və təbiiqaz qiymətləri 25 faiz qaldılırıb.
Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.
Yeni tariflər aprelin 4-dən etibarən qüvvəyə minib.
“Bu artımla birlikdə 100 kVt·s elektrik istehlakı olan birməişət abunəçisi üçün ödəniləcək məbləğ 323,8 TL (təxminən 13 AZN)təşkil edir”,-deyə Enerji Bazarının Tənzimləmə Qurumu (EPDK) özinternet saytında yaydığı bəyanatda bildirib.
EPDK qeyd edib ki, ev təsərrüfatları ilə yanaşı, aşağıgərginlikdən elektrik istifadə edən dövlət və özəl abonentlər üçün17,5%, orta gərginliyə qoşulmuş sənaye abonentləri üçün 5,8%, kəndtəsərrüfatı abonentləri üçün isə 24,8% həcmində artım tətbiqolunub.
Təbii qaz üzrə də müxtəlif kateqoriyalar üçün oxşar artımlarelan edilib.
EPDK-nın açıqladığı artım faizləri aşağıdakılardır:
Məişət istehlakçıları (ev istifadəçiləri) üçün orta hesabla25%
Sənaye istehlakçıları üçün orta hesabla 18,61%
Elektrik istehsalı stansiyaları üçün isə orta hesabla 19,42%
EPDK həmçinin məişət istehlakçıları üçün pilləli tarif sisteminəkeçildiyini əlavə edib.
Boru Xətləri ilə Neft Daşıma Anonim Şirkətinin (BOTAŞ) internetsaytında paylaşdığı məlumatlara görə, hər bir vilayət üzrə son beşildə bir evə düşən orta istehlak aylar üzrə təhlil olunub.
Yeni tətbiqə əsasən, aylıq orta göstəricinin 75%-dən artıqolmayan həcmdə təbii qaz istehlak edənlər 1-ci pillə qiyməti iləödəniş edəcək.
Bu limiti aşanların isə bütün təbii qaz sərfiyyatı 2-ci pilləüzrə hesablanacaq ki, bu da təxminən 80%-ə yaxın əlavə artımdeməkdir.
1-ci pillə üzrə qiymət standart kubmetr üçün 10,6 TL, 2-ci pilləüzrə isə 18 TL müəyyən edilib.