Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Ölkə.az-ın məlumatına görə, bu gün Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göytəpə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.