AZ

Cəlilabadda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Aprelin 3-də Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq.

XQ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göytəpə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
32
4
xalqqazeti.az

5Mənbələr