AZ

İran kaset başlıqlı raketlərlə İsraili vurdu

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İran İsrailin şimalına kaset tipli döyüş başlıqları daşıyan ballistik raketlərlə hücum edib.

Bakıvaxtı.az İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Hücum nəticəsində Hayfa şəhərinə düşən raketlər yolda bir neçə maşının yanmasına səbəb olub. Yaralılar barədə məlumat daxil olmayıb.

Hayfa yaxınlığında yerləşən Kiryat Ata qəsəbəsində isə ballistik raketlərdən biri yaşayış evinə tuş gəlib. Kasetli başlığın partlaması nəticəsində 79 yaşlı kişi yüngül xəsarət alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
31
bakivaxti.az

10Mənbələr