AZ

3%-dən 27%-ə: İran raketləri İsraili daha çox vurur

Müharibənin gedişində diqqətçəkən dəyişiklik qeydə alınıb. Musavat.com xəbər verir ki, beynəlxalq analitik mərkəzlərin – JP Morgan və Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, İran raketlərinin İsrail ərazisində hədəfə çatma faizi kəskin artaraq ilk iki həftədəki 3 faizdən 27 faizə yüksəlib.

Hesabatda bildirilir ki, bu sıçrayış İranın zərbə taktikasını yenidən qurması, hücumların daha koordinasiyalı şəkildə həyata keçirilməsi və hava hücumundan müdafiə sistemlərinin yüklənməsi ilə əlaqələndirilir.

Eyni zamanda təqdim olunan qrafik 11 martdan sonra Fars körfəzi regionunda hücumların intensivliyinin artdığını göstərir. Dron istifadəsi yüksək səviyyədə sabit qalsa da, ayın sonuna doğru raket zərbələrinin payında ciddi artım müşahidə olunur.

Musavat.com

Seçilən
74
31
musavat.com

10Mənbələr