AZ

“Ermənistanın oyun meydançası daralır” — Qüdrət Həsənquliyev

Cənubi Qafqazda geosiyasi balansın formalaşmasında informasiya və media sahəsi mühüm rol oynayır. Ermənistanın Qərb ölkələri ilə əməkdaşlığı, xüsusilə informasiya mərkəzlərinin yaradılması təşəbbüsləri, yalnız iqtisadi layihə kimi görünməsinə baxmayaraq, Moskva üçün strateji təhdid kimi qiymətləndirilir. Bu layihələr Ermənistanın Avropa İttifaqı və ABŞ ilə əlaqələrini gücləndirərək, ölkənin Rusiya təsirindən müəyyən dərəcədə uzaqlaşmasına və regiondakı geosiyasi balansın dəyişməsinə səbəb ola bilər. Eyni zamanda, Qərb dəstəkli informasiya platformaları ictimai rəyin formalaşdırılması və siyasi narrativlərin yenidən qurulması vasitəsi kimi Kremlin mövqelərini zəiflədə bilər.

Maraqlıdır, Ermənistanın Qərb ilə informasiya və media sahəsində əməkdaşlığının genişlənməsi fonunda, Moskvanın narahatlığını artıran əsas geosiyasi, iqtisadi və təhlükəsizlik faktorları hansılardır?

Rusiya bu proseslərə hansı iqtisadi, siyasi və informasiya vasitələri ilə müdaxilə edə bilər və bu müdaxilənin sərhədləri nələrdir?

Moderator.az-ın suallarını Milli Məclisin üzvü Qüdrət Həsənquliyev cavablandırdı.

Deputat qeyd etdi ki, Rusiya Ermənistanı özünün arxa baxçası hesab edir və düşünür ki, Ermənistanın qərbləşdirməsi Ermənistanı Rusiyadan uzaqlaşdırar:

"Biz bilirik ki, Rusiyanın Ermənistanda hərbi bazası var və Rusiya Ermənistan iqtisadiyyatının əsas sahələrindən nəzarət edir, o cümlədən də dəmir yollarına. Rusiyanın Avropada çox böyük lobisi var, yəni Rusiya maraqlarına xidmət eləyən. Ona görə də həmin o Avropadakı lobbi uzun müddət imkan vermədi ki, Gürcüstan, Moldova, Ukrayna Avropa strukturlarına inteqrasiya olunabilsin. Bu baxımdan mən hesab edirəm ki, Rusiya Ermənistanı bu istiqamətdə mane olacaq və Ermənistan tamamilə Rusiyanı ignor yolu tutsa, o halda seçkilər ərəfəsində Rusiyada Ermənistanda ictimai-siyasi sabitliyin pozulması da mümkündür və Ermənistanda ümumiyyətlə çəkişmə ola biləcəyini də mən istisna etmirəm. Ona görə də Ermənistanın indiki rəhbəri Paşinyanın nəzərətində müdrik siyasət yürütməyindən çox şey asılı olacaq".

Millət vəkili onu da qeyd etdi ki, Paşinyan əgər mövcud reallıqları xüsusiyyət fəaliyyətində nəzərə alacaqsa və çox ehtiyatlı və balanslaşdırılmış bir siyasət yürütdəcəksə, Türkiyə və Azərbaycanla daha isti münasibətlər quracaqsa, hələ Azərbaycanla sülh sazişinin imzalanması nə qədər tez nail olunacaqsa, bu, əlbəttə, Ermənistanın da sabitliyə öz təsirini göstərəcək:

 "Ermənistan, çox təəssüf ki, mənim qiymətləndirməmə görə iki ilə oyun oynayır həm Qərblə, həm Rusiyayla, amma bunun bir gün sonra olmalıdır. Ermənistan Zəngəzur dəhlizinin açılmasını sürətləndirməlidir və indiyə qədər o, buna nail olmalı idi, kommunikasiya xətlərinin açılmasına nail olmalı idi. Çox təəssüf ki, bu, altı il ərzində, müharibədən beş il, beş ay vaxt keçir, bu müddət ərzində Ermənistan, çox təəssüf ki, kommunikasiya xətlərinin açılmasına, sülh sazişinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına imkan vermədi və bunun əsas səbəbi o idi ki, birincisi görürük ki, Rusiya və İran bunda maraqlı deyil.
Baxımdan, yəni, Paşinyanın artıq o oyun meydançası daralır, kiçilir və o, bundan düzgün nəticə çıxarmalıdır. Əlbəttə, ümid edirik ki, proseslər böyük qarşıdurmasız, qanunsuz başa çatacaq və Cənubi Qafqaza nəhayət ki, davamlı sülh gələcək".

Pərvin Şakirqızı

Seçilən
17
40
moderator.az

10Mənbələr