AZ

"Qarabağ" "Sabah"ın qadın və uşaq azarkeşlərinə pulsuz bilet vermədi!

Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ" - "Sabah" oyunu keçiriləcək.

Oyundan öncə "Qarabağ" qadın və 15 yaşadək uşaq azarkeşlərə jest kimi biletlərin pulsuz veriləcəyini açıqlamışdı.

Lakin bu gün "Sabah" klubunun paylaşımında bu klubun qadın və uşaq azarkeşlərinə biletlərin pulsuz verilməyəcəyinə eyham vurulub.

Belə ki, Masazır təmsilçisi tərəfindən "Qarabağ"a müraciət edilsə də, Ağdam təmsilçisi tərəfindən bu kampaniyanın sadəcə bu klubun azarkeşlərinə şamil olunduğu bildirilib.

Bundan sonra "Sabah" öz azyaşlı və xanım azarkeşləri üçün biletlərin ödənişini edərək əldə edib.

"Qarabağ"ın öz qadın və uşaq azarkeşləri ilə "Sabah"ın müvafiq azarkeşlərinə fərqli yanaşması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

SPORTİNFO.AZ

Seçilən
30
50
sportinfo.az

10Mənbələr