Premyer Liqada 2 həftəlik fasilə başa çatdı.
Mübariz ölkə kuboku ilə davam etdi.
Burada isə hamının səbrsizliklə gözlədiyi "Qarabağ" - "Sabah" qarşıdurması var idi.
"Tələblər" liqada son çempiona əməlli-başlı başlı başağrısı olmağı bacarır.
"Qarabağ" liderdən 10 xal geri qalır. Böyük ölçüdə çempionluq əldən çıxıb.
"Sabah"ın "Qarabağ"a tərs rəqib olması isə bu mövsümün işi deyil.
Tərəflər arasındakı son 10 görüşdə Ağdam təmsilçisi cəmi 1 dəfə qələbə qazanıb.
Digər 9 matçdan 4-də məğlub olub.
Məğlubiyyətlərdən birinin ötən mövsüm ölkə kubokunun finalında yaşandığını xatırladaq.
Bu dəfə "Sabah" yarımfinal mərhələsində "Qarabağ"la haqq-hesab çəkirdi.
Qısası, son illər hər şey "Sabah"ın arzuladığı, istədiyi istiqamətdə gedir.
Psixoloji üstünlük Valdas Dambrauskasın yetirmələrinin yanındadır.
"Köhlən atlar" üçün isə qisas anıdır.
Hətta bu mövsüm qisas almaq yolunda son şans da deyə bilərik.
Cütün ilk oyununda yenə tilsimi qırmaq mümkün olmadı - 2:2.
Qarşıda isə cavab görüşü var. "Qarabağ" qələbə istəyinə bu dəfə də çata bilməs, bu çempionluqla bərabər ölkə kubokunu da itirmək bahasına başa gələcək.
XANOĞLAN / SPORTİNFO.AZ