ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran ərazisində döyüş uçuşu zamanı vurulan qırıcı ABŞ Silahlı Qüvvələrinə məxsus iki yerlik "F-15E" qırıcısı olub.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bu məlumatı telekanala ABŞ-nin rəsmi şəxsləri arasındakı həmsöhbətləri təsdiqləyiblər. Onun məlumatına görə, amerikalı hərbçilər vurulan təyyarənin iki ekipaj üzvünün axtarışı əməliyyatını aparırlar.
Xüsusilə, İranın mərkəzi və cənub-qərb rayonlarında alçaq hündürlükdə uçan "C-130" təyyarəsi və iki "UH-60 Black Hawk" helikopteri müşahidə edilib.
Xatırladaq ki, İran ABŞ ordusuna məxsus "F-35" qırıcı təyyarəsinin ölkənin mərkəzi bölgəsində vurulduğunu bəyan etmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.