AZ

İranda vurulan ABŞ təyyarəsi "F-15E" qırıcısı olub

İran ərazisində döyüş uçuşu zamanı vurulan qırıcı ABŞ Silahlı Qüvvələrinə məxsus iki yerlik "F-15E" qırıcısı olub.

Redaktor.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bu məlumatı telekanala ABŞ-nin rəsmi şəxsləri arasındakı həmsöhbətləri təsdiqləyiblər. Onun məlumatına görə, amerikalı hərbçilər vurulan təyyarənin iki ekipaj üzvünün axtarışı əməliyyatını aparırlar.

Xüsusilə, İranın mərkəzi və cənub-qərb rayonlarında alçaq hündürlükdə uçan "C-130" təyyarəsi və iki "UH-60 Black Hawk" helikopteri müşahidə edilib.

Seçilən
9
4
redaktor.az

5Mənbələr