Xəbər verdiyimiz kimi, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib.
"Unikal" xəbər verir ki, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşsa da, bu dəfə Ağdam təmsilçisinin azarkeşləri tarixi rekorda imza atıblar. Belə ki, oyunu tribunalardan 21 min azarkeş izləyib.
"Azarkeşlərimizə bizə dəstək olduqları üçün təşəkkür edirik! Son 10 mövsümün ən yüksək azarkeş sayı — 21 min olaraq tarixə düşdü. Bu nəticə, Peşəkar Futbol Liqası bayrağı altında keçirilən turnirlərdə son 10 mövsümün rekordudur", - deyə "Qarabağ" açıqlamasında bildirib.