AZ

İran məhkəmə sisteminin öldürüldüyü iddia olunan rəhbəri sağ imiş:AĞAC ƏKDİ, TRAMPA AĞIR SÖZLƏR DEDİ

İran İslam Respublikası məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni-Ejeinin sağ olduğu üzə çıxıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Qulamhüseyn Möhsəni-Ejein aprelin 2-də ölkədə qeyd olunan Təbiət Günündə ağac əkib. 

Məhkəmə sədri açıqlamasında ABŞ-ı sərt tənqid edib: "Bu gün biz təcavüzkar və təkəbbürlü Amerika rejiminin başçısının öz xəyallarında yaşadığını, İran xalqının və infrastrukturumuzun məhv edilməsindən danışdığını və absurdlar uydurduğunu görürük. Onlar bilməlidir: İran xalqı və ölkəsi dərin köklərə malikdir, bir sivilizasiyaya malikdir və buna dair kifayət qədər dəlil var. Məsələn, əsrlər boyu torpağımızda bitən və yaşı lideri axmaqlığı ilə əməyimizi və nəslimizi təhdid edən ölkənin yaşından dəfələrlə böyük olan bu ağaclar". 


Xatırladaq ki, aprelin 1-də "Əl-Hədət" telekanalı İran məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejeinin öldürüldüyü barədə məlumat yaymışdı.

Seçilən
13
2
senzor.az

3Mənbələr