AZ

Təqaüddə olan əfsanə milyonları necə qazanır?

“Mançester Yunayted”in əfsanəsi, futbol eksperti Qari Nevill podkast imperiyasından ayda təxminən 1 milyon funt sterlinq qazanır.

Publika.az xəbər verir ki, onun “Buzz 16 Productions” şirkəti ötən il 11,6 milyon funt sterlinq gəlir əldə edib. Əsas layihəsi isə “YouTube”-da yayımlanan “The Overlap” kanalıdır. Vurada Nevill Roy Kin, Yan Rayt və Ceymi Karrager ilə birlikdə futbol ulduzları ilə söhbətlər aparır.

Şirkət əməkhaqqı olaraq 4,6 milyon funt sterlinq ödəyib, ümumi mənfəət isə təxminən 2,17 milyon funt sterlinq təşkil edib. Nevill özü də 3 milyon funt sterlinqdən çox dividend əldə edib.

Yanvar ayında o, “The Overlap” layihəsinin nəzarət paketini “Global” şirkətinə satıb. Layihədə artıq Ueyn Runi və Stiven Cerrard kimi məşhurlar iştirak edib və kontentin genişləndirilməsi planlaşdırılır.

Seçilən
4
8
publika.az

9Mənbələr