AZ

Şəhid anası: “Onun kimi oğul hər kəsə qismət olmur…”

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Mahir Quliyev Qadir oğlu Azərbaycan Texniki Universitetinin (AzTU) əvvəlki Radiotexnika və rabitə fakültəsinin (indiki İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi) tələbəsi olub.

AzEdu.az onun həyat və fədakarlığı ilə bağlı anası Lalə xanımla həmsöhbət olub.

Lalə xanım Mahirin uşaqlıq illərindən, məktəb həyatı və arzularından, həmçinin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan söz açıb.

Lalə xanım qeyd edib ki, Mahir uşaqlıqdan mehriban, gülərüz və istiqanlı bir uşaq olub:

180668“Uşaqlıqdan onun necə mehriban, gülərüz, istiqanlı bir uşaq olduğunu hər kəs bilir. Həmişə ətrafındakılara sevinc verirdi. Məhəllədə dostları ilə oyun oynayardı, hər kəs onunla vaxt keçirməyi sevirdi. Mahirin məktəbə ilk getdiyi günü heç vaxt unutmuram. 6 saylı orta məktəbin birinci sinfinə qədəm qoyduğu gün o qədər həyəcanlı idi ki…

Hətta uzaq məsafədən məktəbə özü gedib-gəlirdi. Bu, onun uşaqlıqdan ağıllı, diqqətli və müstəqil olduğunu göstərirdi. O, həm də riyaziyyata və texniki fənlərə böyük maraq göstərirdi. Hətta müəllimlər onu “riyaziyyatçı” adlandırırdılar. Məktəb illərində müxtəlif olimpiadalarda uğurlar qazanmış, “KVN” komandasında kapitan kimi liderlik etmişdi. Hər zaman şən, zarafatcıl və ünsiyyətcil idi; onunla vaxt keçirən heç vaxt darıxmazdı”.

Bizim çətin, kasıb illərimiz olsa da, Mahir hər zaman böyük arzularla yaşayırdı

180666

"Biz onun uğur qazanacağına inanırdıq. Təəssüf ki, o, Vətənin yolunda şəhid oldu. Yasamal rayonunda onun şəhidliyi böyük izdiham yaratdı. Mahir qəhrəmanlıq simvoluna çevrildi. Bir ana kimi onu itirməkdən çox kədərlənirəm, amma eyni zamanda onunla qürur duyuram.

Onun xatirəsi hər yerdədir - evimizdə, getdiyi yollarda, dostlarının qəlbində. Məktəblərində hər il onun xatirəsinə həsr olunan tədbirlər keçirilir. Onun göstərdiyi şücaət və qəhrəmanlıq gələcək nəsillərə örnək olur.Gənclərimiz artıq azad və müstəqil Azərbaycanda yaşayırlar. Biz hər birimiz bu müstəqilliyi və firavanlığı şəhidlərimizə borcluyuq. Hər bir gənc bu dəyərlərə hörmətlə yanaşmalı, şəhidlərimizi uca tutmalı və onların xatirəsini daim yaşatmalıdır”.

180667

“Mahir mənim əziz oğlum idi və həmişə qəlbimizdə yaşayacaq. Onun mərdliyi, sevgisi və qəhrəmanlığı heç vaxt unudulmayacaq”.

Mahir Quliyevin həyatı və şəhidlik yolu Vətənə sevginin, mərdliyin və insanlığın ən ali nümunəsidir. Onun xatirəsi xalqın yaddaşında yaşayır və gələcək nəsillər üçün örnək olaraq qalır.

180669180665

 

Seçilən
28
50
azedu.az

10Mənbələr