AZ

Humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, on avtomobildən ibarət yük karvanı gömrük yoxlanışından keçdikdən sonra İran istiqamətinə yola salınacaq.

Qeyd edək ki, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir.

*** 09:35

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb.

Hafta.az xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bundan 190 ton ərzaq və qida məhsulları, 7 ton həcmində dərman vasitələri və 3 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yardımın 10 yük avtomobili (TIR) vasitəsilə göndərilib.

Seçilən
1
50
hafta.az

7Mənbələr