AZ

İrana göndərilən növbəti humanitar yardım “Cənub Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

Azertag saytına istinadən ain.az xəbər verir.

Astara, 4 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, on avtomobildən ibarət yük karvanı gömrük yoxlanışından keçdikdən sonra İran istiqamətinə yola salınacaq.

Qeyd edək ki, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir.

Müxbir - İlkin Adıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
50
azertag.az

7Mənbələr