AZ

Türkiyəli nazir Zəngəzur dəhlizinin nə vaxt istifadəyə veriləcəyindən DANIŞDI

Zəngəzur nəqliyyat dəhlizinin istifadəyə verilməsi dörd-beş il ərzində planlaşdırılır.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

“Zəngəzur dəhlizinin tikintisi dörd-beş il ərzində tamamlanacaq. Onun istifadəyə verilməsi Xəzər hövzəsindəki ən dar keçidin yüklənməsini aradan qaldıracaq. Qarsdan Dilucuya qədər (Türkiyədə sərhəd-keçid məntəqəsi – red. ) 224 km uzunluğunda dəmir yolu layihəsi üçün tender keçirmişik.

Naxçıvanda layihənin bir hissəsi artıq hazırdır, digər hissəsi isə Azərbaycan tərəfindən tikilir və demək olar ki, tam başa çatıb”, – nazir "CNN Türk" telekanalına verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adını alıb. (Trend.az)

Seçilən
0
2
turkustan.az

9Mənbələr