AZ

Nazir: Zəngəzur Dəhlizinin dörd-beş il ərzində istifadəyə verilməsi planlaşdırılır

BAKI, 4 aprel. TELEQRAF

Zəngəzur Nəqliyyat Dəhlizinin dörd-beş il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraoğlu bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin tikintisi dörd-beş il ərzində başa çatacaq.

Dəhliz istifadəyə verildikdən sonra Xəzər hövzəsindəki maneəni aradan qaldıracağıq:

"Qarsdan Dilucuya qədər uzanan 224 kilometrlik dəmir yolu layihəsi üçün tender keçirmişik. Naxçıvan hissəsinin bir hissəsi artıq tamamlanıb, digər hissəsi isə Azərbaycan tərəfindən tikilir və praktik olaraq hazırdır".

Uraloğlu Qarsdan Naxçıvana dəmir yolu xəttinin istifadəyə verilməsinin ildə təxminən 5 milyon insanın və 15 milyon ton yükün daşınmasına imkan verəcəyini bildirib. Layihənin 2,4 milyard avroya başa gələcəyi təxmin edilir.

Qeyd edək ki, 2025-ci ilin avqustunda Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması ilə bağlı bəyanat imzalayıblar.

Seçilən
1
2
teleqraf.com

9Mənbələr