AZ

Azərbaycanlı deputat futbol matçında ağır zədələndi

Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirinin final matçı keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, turnirin final qarşılaşmasında Azərbaycan və Türkiyə nümayəndələri üz-üzə gəliblər.

Qarşılaşma Türkiyə milli komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə millisinin heyətində oyunun 14-cü dəqiqəsində Fatih Şahin, 26-cı dəqiqəsində isə Oktay Çanak, 60+2 dəqiqədə isə Türkiyənin gənclər və idman naziri Osman Bak fərqləniblər.

Yığmamızın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub.

Beləliklə Azərbaycan turniri ikinci yerdə tamamlayıb.

Qırğızıstan isə üçüncü olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Qırğızıstana 1:2 hesabı ilə məğlub olub. Şimali Kiprə isə 3:0 hesabı ilə qalib gəlmişdi.

Matçın ən vacib anlarından biri də azərbaycanlı deputatın zədələnməsi olub. Belə ki, oyunun 20-ci dəqiqəsində milli heyətin üzvü Kamran Bayramov ciddi travma alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub.

Seçilən
3
8
far.az

10Mənbələr