AZ

Azərbaycanlı deputat Türkiyədə ağır zədə aldı - VİDEO

Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirinin final matçı keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, turnirin final qarşılaşmasında Azərbaycan və Türkiyə nümayəndələri üz-üzə gəliblər.

Qarşılaşma Türkiyə milli komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda azərbaycanlı deputat Kamran Bayramov oyunun 20-ci dəqiqəsində ciddi zədə alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub.

Yığmamızın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub.

Beləliklə, Azərbaycan turniri ikinci yerdə tamamlayıb.

Qırğızıstan isə üçüncü olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Qırğızıstana 1:2 hesabı ilə məğlub olub. Şimali Kiprə isə 3:0 hesabı ilə qalib gəlmişdi.

"Cebheinfo.az"

Seçilən
1
3
cebheinfo.az

10Mənbələr