AZ

Avropa Kuboku: Azərbaycanın beş yeniyetmə cüdoçusu finala vəsiqə qazanıb

Azərbaycanın beş yeniyetmə cüdoçusu Gəncədə keçirilən Avropa Kubokunda finala vəsiqə qazanıb.

"Far.Az"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Fərid Rzazadə (50 kq), İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 55 kq), İlkin Qarayev (66 kq), Fatimə Fərmanzadə (48 kq) həlledici raundda iştirak hüququ əldə ediblər.

Medal qarşılaşmaları günün ikinci yarısında baş tutacaq.

Xatırladaq ki, Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Seçilən
0
39
far.az

10Mənbələr