“Liverpul”un baş məşqçisi Arne Slot Məhəmməd Salahın yerinə yeni oyunçu axtardıqlarını təsdiqləyib.
QOL.az xəbər verir ki, “Liverpool Echo”nun məlumatına görə, mütəxəssis misirli ulduzun mövsümün sonunda komandadan ayrılacağını və onun boşluğunu tək bir futbolçu ilə doldurmağın çətin olduğunu bildirib. Slot qeyd edib ki, klub artıq Salahın əvəzləyicisini tapmaq üçün fəal iş aparır.
O, Aleksander İsak, Uqo Ekitike və Florian Virtz kimi oyunçuların daha çox birlikdə oynayaraq komanda şəklində bu itkini kompensasiya etməli olduqlarını vurğulayıb.
Qeyd edək ki, Məhəmməd Salah ötən həftə mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.