AZ

"Mançester Yunayted" kapitanını itirə bilər

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş yay transfer pəncərəsində klubunu dəyişə bilər.

QOL.az xəbər verir ki, "CaughtOffside" nəşrinin məlumatına görə, portuqaliyalı futbolçunun "qırmızı şeytanlar"ın heyətindəki gələcəyi qeyri-müəyyən olaraq qalır. 

"PSJ" və "Bavariya" 31 yaşlı oyunçuya yaxından maraq göstərir. Əgər Mançester təmsilçisi yüksək məbləğli təklif alarsa, cari mövsümün sonunda təcrübəli oyunçu ilə yollarını ayıracaq.

Qeyd edək ki, futbolçunun İngiltərə nəhəngi ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 30 matçda meydana çıxıb, aktivinə 8 qol və 17 məhsuldar ötürmə yazdırıb.

Seçilən
1
26
teleqraf.com

10Mənbələr