AZ

Müharibənin 36 cı günü: Hansı hədəflər vurulub?

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müharibə 36-cı günündə yenidən şiddətlənir. ABŞ və İsrailin İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində neft-kimya şirkətlərinin toplandığı sənaye zonalarına endirdiyi zərbələr nəticəsində azı 5 nəfər yaralanıb.Bizim.Media xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin Xuzistan valiliyinə istinadən yaydığı məlumata görə, ABŞ və İsrail Mahşəhr və Bəndər-İmam şəhərlərində yerləşən neft-kimya obyektlərinin olduğu sənaye bölgələrinə hücum edib.Məlumata əsasən, zərbələr nəticəsində Fecr, Rical, Əmir Kəbir və Əbu Əli neft-kimya müəssisələri hədəf alınıb. Hücum zamanı Bəndər-İmam neft-kimya kompleksinin bəzi hissələrinə ciddi ziyan dəydiyi bildirilir. Yaralıların sayının ən azı 5 nəfər olduğu qeyd olunur.Tasnim agentliyi isə hücumdan sonra yaranmış ziyanın miqyasının hələ dəqiq müəyyənləşdirilmədiyini yazıb. Hazırda bölgədə araşdırmaların davam etdiyi bildirilir.İranda ABŞ və İsrail tərəfindən həyata keçirilən digər hücumun Buşehr Atom Elektrik Stansiyasının ərazisinə endirildiyi bildirilir. Hücum nəticəsində stansiyanın mühafizə xidmətinin bir əməkdaşı həlak olub.Partlayışın təsiri və qəlpələrin düşməsi səbəbindən stansiyanın yardımçı binalarından birinə də ziyan dəydiyi qeyd edilir.Buşehr Atom Elektrik Stansiyası 28 fevraldan bəri artıq dördüncü dəfə ABŞ-İsrail hücumlarının hədəfinə çevrilib.Digər tərəfdən, müharibədə atəşkəs məsələsi yenidən gündəmə gəlsə də, nəticə mənfi olub.İranlı yüksəkvəzifəli rəsmilərdən biri bildirib ki, ABŞ üçüncü ölkə vasitəsilə İrana 48 saatlıq müvəqqəti atəşkəs təklif edib.Fars agentliyinə danışan mənbənin sözlərinə görə, Tehran bu təklifə yazılı cavab verməyib, əvəzində cəbhədə ağır hücumları davam etdirməklə reaksiya göstərib.Mənbə qeyd edib ki, ABŞ-nin atəşkəsə nail olmaq üçün apardığı diplomatik təşəbbüslər, xüsusilə Küveytin Bubiyan adasında bu ölkəyə məxsus hərbi anbar sahəsinin hədəf alınmasından sonra daha da intensivləşib.Xatırladaq ki, İsrail və ABŞ Tehranla Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda, fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.İran isə buna cavab olaraq, İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla regiondakı bəzi ölkələrdə müəyyən etdiyi hədəflərə zərbələr endirib.ABŞ və İsrailin İrana hücumları nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla çox sayda yüksək vəzifəli şəxsin öldürüldüyü bildirilir.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
31
bizim.media

10Mənbələr