AZ

Qətər və İtaliya Yaxın Şərqdəki eskalasiyanın enerji bazarı üçün nəticələrini müzakirə ediblər

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və İtaliyanın Baş naziri Corciya Meloni Dohada keçirilən danışıqlar zamanı Yaxın Şərqdəki eskalasiyanı, xüsusən də enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Qətər əmirinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər regionda gərginliyin azaldılmasının zəruriliyini vurğulayıb və Yaxın Şərqdəki mövcud böhranın, eləcə də onun energetika və tədarük zəncirləri üçün fəsadlarının həllinin ən səmərəli yolu kimi siyasi dialoq və diplomatik səylərin vacibliyini qeyd ediblər.

Həmçinin, ikitərəfli əməkdaşlıq məsələləri və onun müxtəlif sahələrdə, ilk növbədə, iqtisadiyyat və energetikada inkişaf yolları nəzərdən keçirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Seçilən
11
50
ikisahil.az

10Mənbələr