AZ

İran XİN rəhbəri Qərbin ikili standartlarını tənqid etdi

ain.az bildirir, Bizimyol portalına istinadən.

İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi sosial şəbəkə X-də Qərbin ikili standartlarını göstərən hallara diqqət çəkib. O, Qərbin Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında baş verən döyüş əməliyyatlarına görə narazılıq ifadə etməsini, lakin ABŞ və İsrailin Busher Atom Elektrik Stansiyasını bombalamasına etiraz etməməsini tənqid edib.

Bizimyol.info xəbər verir ki, şənbə günü səhər Busher AES-in ərazisi ABŞ və İsrail tərəfindən atəşə tutulub, stansiyanın fiziki təhlükəsizlik şöbəsinin əməkdaşı həlak olub. Bu, 28 fevraldan başlayan İran ətrafındakı qarşıdurmalar zamanı Busher AES-də dördüncü insidentidir.

“Qərbin Ukraynadakı Zaporojye AES-i yaxınlığında baş verən döyüşlərə necə qəzəbləndiyini xatırlayın? İsrail və ABŞ artıq Busher AES-ini dörd dəfə bombalayıb. Radioaktiv çöküntülər təkcə Tehranı deyil, Fars Körfəzi ölkələrinin paytaxtlarını təhlükə altına alacaq”, - deyə Əraqçi vurğulayıb.

İran Atom Enerjisi Təşkilatı bundan əvvəl Busher AES ərazisinə üç hücumun qeydə alındığını bildirmişdi: 17, 24 və 27 mart tarixlərində. Bundan əlavə, İran Natanzdakı nüvə obyektinə iki hücum (1 və 21 mart) və 27 mart tarixində isə Hon­dabdəki ağır su zavoduna, həmçinin Ar­dahan­da “sarı kək” kimi tanınan uran konsentratı istehsal edən zavoda hücumları qeydə alıb. İran tərəfi bu hücumların yaratdığı məsuliyyəti ABŞ və İsrailin üzərinə atır.

ABŞ və İsrail 28 fevraldan etibarən İran ərazisindəki obyektlərə, o cümlədən Tehrana zərbələr endirməyə başlayıblar, bu hücumlar nəticəsində dağıntılar və mülki itkilər olub. İran isə İsrail ərazisinə və regiondakı ABŞ hərbi obyektlərinin olduğu ərazilərə cavab zərbələri endirir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
50
icma.az

10Mənbələr