İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin Buşehr atom elektrik stansiyasının (AES) ərazisinə davam edən zərbələri ilə bağlı açıqlamasında Qərbin Ukraynadakı Zaporojye AES yaxınlığında hücumlara reaksiyasını xatırladıb.
"Cebheinfo.az" xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində qeyd edib.
“Ukraynadakı Zaporojye atom elektrik stansiyası yaxınlığında hərbi əməliyyatlarla bağlı Qərbin qəzəbini xatırlayırsınızmı? İsrail və ABŞ artıq dörd dəfə Buşehr AES-i bombalayıb. Radioaktiv çöküntülər Tehranda deyil, Fars körfəzi ölkələrinin paytaxtlarında həyatın dayanmasına səbəb olacaq. Neft-kimya müəssisələrimizə edilən hücumlar da real məqsədləri göstərir”, – deyə Araqçi X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Buşehr AES dəfələrlə ABŞ və İsrailin zərbələrinə məruz qalıb. Bu gün baş verən növbəti hücum nəticəsində isə stansiyanın bir əməkdaşı həlak olub.
"Cebheinfo.az"