AZ

Xameneinin müşaviri Trampı istefa verməyə çağırdı

"Trampın istefa verməsi daha yaxşı olardı".

"Unikal" xəbər verir ki, bunu İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi deyib. 

O, ABŞ generallarının sıralarında həyata keçirilən işdən çıxarılmalara belə cavab verib: "Onlar İranın hava hücumundan müdafiə sistemlərini məhv etdiklərini dedilər. Həmişəki kimi, yalan danışdılar. Bəlkə də hərbi komandanlıq yox, Trampın özü istefa versəydi, daha yaxşı olardı. Biz illərdir bu döyüşə hazırlaşırıq və sürprizlər davam edir...", - Rzayi X sosial şəbəkəsində yazıb.

Ağarza Elçinoğlu 

Seçilən
7
31
unikal.az

10Mənbələr