AZ

Erməni nazir: Azərbaycan tərəfi qiymətlə bağlı sorğu göndərib

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

"Azərbaycan üzərindən Ermənistana malların tranziti artır".

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.

"Ermənistan bir və ya iki Azərbaycan mənşəli mal alır: benzin və dizel yanacağı və demək olar ki, hər gün Azərbaycan vasitəsilə hansısa məhsul gəlir. Məsələn, bir supermarket şəbəkəsi Azərbaycan üzərindən buğda yarması, digər təşkilat Rusiya kömürünün idxalına görə müraciət edib, üçüncüsü taxıl, dördüncüsü isə artıq gübrə idxal edir. Bu, çox adi bir hal alıb. Nə qədər mal daşımalı olduğumuzu saya bilmirəm", - deyə Papoyan bildirib.

O, həmçinin Ermənistanın Azərbaycana ixrac edə biləcəyi məhsulların olub-olmaması ilə bağlı suala da müsbət cavab verib:

"Belə məhsullar mövcuddur, folqa ilə bağlı xüsusi bir sorğu daxil olmuşdu və Azərbaycan tərəfi konkret folqa növü üçün müəyyən bir qiymət istəmişdi, bizim istehsalçımız isə bunu təqdim etmişdi. Başqa sözlə, onlar bildirdilər ki: bizi filan qalınlıqda folqa maraqlandırır, onu hansı həcmdə, hansı müddətdə və hansı qiymətə təklif edə biləcəyinizi deyə bilərsinizmi? İstehsalçımız həcmi və qiyməti təqdim edib, hələlik isə heç bir cavab almamışıq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
50
hurriyyet.az

10Mənbələr