AZ

Fevral ayında "American Express" kartları ilə aparılmış əməliyyatların sayı açıqlandı

Bakı. Trend:

Bu ilin fevral ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə təşkilatları tərəfindən buraxılmış “AmericanExpress” kartlarından (habelə statistik vahidin ödənişkartlarından) istifadə olunmaqla həyata keçirilən əməliyyatlarınsayı 5,7 min vahid təşkil edib, tranzaksiyaların həcmi isə 600 minmanatdan çox olub.

Bu barədə Trend-əAzərbaycan Respublikasının Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə “AmericanExpress” kartları ilə aparılan əməliyyatların sayı 800 və ya 24,7faiz azalıb, əməliyyatların həcmi isə 100 min manatdan çox və ya14,3 faiz azalma nümayiş etdirib.

Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindənburaxılmış American Express kartlarından istifadə etməklə aparılanəməliyyatların sayı – 1,3 min ədəd, həcmi isə 800 min manat təşkiledib.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatlarıtərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmişbütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrəəməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmışkartlardan istifadə olunmaqla ölkə ərazisində aparılantranzaksiyalardır.

Məqalədə:
Seçilən
0
26
az.trend.az

10Mənbələr