AZ

“Türkiyənin Ukrayna-Rusiya danışıqlarına dəstəyi davam edəcək”


Türkiyə gələcəkdə də Ukrayna ilə Rusiya arasında danışıqları dəstəkləyəcək.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.
"Ukrayna ilə Rusiya arasındakı danışıqlara Türkiyənin dəstəyi davam edəcək, regionda sülh və sabitliyə ehtiyac var", - Türkiyə Prezidenti bildirib.
Ərdoğan Türkiyənin Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərini və enerji təchizatı təhlükəsizliyinin vacib olduğunu qeyd edib.
O həmçinin, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qətiyyətli olduğunu və bunun üçün lazımi addımların atılmasının davam edəcəyini bildirib.
Seçilən
14
7
yeniavaz.com

10Mənbələr