AZ

Türkiyə Ukrayna danışıqlarını DƏSTƏKLƏYƏCƏK

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Vladimir Zelenski ilə görüşdə bildirib.

Türkiyə prezidentinin kommunikasiya şöbəsi danışıqlardan sonra bildirib ki, liderlər Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətləri, Ukrayna ilə Rusiya arasındakı müharibədə sülhə nail olmağın yollarını, eləcə də regional və qlobal hadisələri müzakirə ediblər. Prezident Ərdoğan bildirib ki, Türkiyə regionumuzun daha çox sülhə və sabitliyə ehtiyacı olduğundan Ukrayna ilə Rusiya arasında danışıqları dəstəkləməyə davam edəcək. O, qeyd edib ki, Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsinə böyük əhəmiyyət verir və enerji təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edir.

Seçilən
10
20
Ajans.az

10Mənbələr