AZ

Zelenski ilə Ərdoğan İstanbulda görüşdü

İstanbulda keçirilən görüşdə Ukrayna prezidenti Volodimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Musavat.com xəbər verir ki, tərəflər təhlükəsizlik sahəsində yeni addımlar, eləcə də qaz infrastrukturu və birgə enerji layihələri ilə bağlı məsələləri də gündəmə gətiriblər.

Zelenski sosial şəbəkə hesabında yazıb ki, görüş zamanı Türkiyəyə təklif edə biləcəkləri sahələr – ekspertiza, texnologiya və təcrübə üzərində ayrıca dayanılıb.

Onun sözlərinə görə, birgə işləmək üçün prinsipial siyasi iradə mövcuddur və yaxın günlərdə komandalar detalları yekunlaşdıracaqlar.

Ukrayna lideri həmçinin bildirib ki, tərəflər qaz infrastrukturu sahəsində birgə layihələrin icrası və qaz yataqlarının ortaq işlənməsi imkanlarını da müzakirə ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Ankara Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar prosesinə dəstəyini davam etdirəcək. O, həmçinin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə böyük önəm verildiyini vurğulayıb.

Səfər çərçivəsində Volodimir Zelenski İstanbulda Ümumdünya İstanbul Patriarxlığını da ziyarət edib və Patriarx Varfolomey ilə görüşüb.

Seçilən
13
50
editor.az

10Mənbələr