"Real Madrid" La Liqanın XXX turunda səfərdə "Malyorka" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, ev sahibi komanda 41-ci dəqiqədə hesabı açıb.
"Kral klubu" yalnız 88-cı dəqiqədə hesabı bərabərləşdirə bilib.
Bərabərlik uzun çəkməyib. Vedat Muriqi 3 dəqiqə sonra komandasını yenə önə keçirib və bu qol görüşün hesabını müəyyən edib.
"Real Madrid" 69 xalla lider "Barselona"nın 4 xal gerisində 2-ci yerdədir. "Malyorka" isə 31 xalla 17-ci yerin sahibidir.
Kosovolu hücumçunun qolunu sizə təqdim edirik: