İspaniya La Liqasında 30-cu turun oyunları davam edir.
KONKRET.az xəbər verir ki, “Real” səfərdə “Malyorka”nın qonağı olub.
Meydan sahibləri ilk hissədə hesabı açsalar da, Eder Militao matçın sonlarına yaxın tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə isə Vedat Muriqi “Malyorka”ya sensasiyalı qələbə qazandıran qola imza atıb.
4 aprel
“Malyorka” – “Real” – 2:1
Qollar: M.Morlanes, 41, V.Muriqi, 90+2 – E.Militao, 88
Qeyd edək ki, bu nəticədən sonra xalları 69-da qalan “Real” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Xallarının sayını 31-ə çatdıran “Malyorka” isə aşağı liqaya düşmə zonasını tərk edərək 15-ci sıraya yüksəlib.\\“Qafqazinfo”