ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna prezidentinin ofisi ABŞ nümayəndələrinin Kiyevə mümkün səfəri barədə açıqlama verib.
Bu barədə Bloomberg agentliyinə müsahibəsində ofis rəhbəri Kirill Budanov bildirib.
Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, iş adamı Cared Kuşner və senator Lindsi Qrem aprelin 12-dən sonra Kiyevə səfər edə bilərlər.Bu, Uitkoff və Kuşnerin Ukraynaya ilk səfəri olacaq.
Budanov qeyd edib ki, səfər nəticəsində Kiyev təhlükəsizlik zəmanətləri əldə edə bilər.“Biz nə istədiyimizi çoxdan müəyyən etmişik və düşünürəm ki, bu tezliklə reallaşacaq. Təhlükəsizlik zəmanətləri məsələsində müəyyən irəliləyiş əldə etmişik”, – deyə o vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.