AZ

ABŞ nümayəndə heyətinin Kiyevə səfəri gözlənilir

Ukrayna prezidentinin ofisi ABŞ nümayəndələrinin Kiyevə mümkün səfəri barədə açıqlama verib.

Bu barədə Bloomberg agentliyinə müsahibəsində ofis rəhbəri Kirill Budanov bildirib.

Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, iş adamı Cared Kuşner və senator Lindsi Qrem aprelin 12-dən sonra Kiyevə səfər edə bilərlər.

Bu, Uitkoff və Kuşnerin Ukraynaya ilk səfəri olacaq.

Budanov qeyd edib ki, səfər nəticəsində Kiyev təhlükəsizlik zəmanətləri əldə edə bilər.

“Biz nə istədiyimizi çoxdan müəyyən etmişik və düşünürəm ki, bu tezliklə reallaşacaq. Təhlükəsizlik zəmanətləri məsələsində müəyyən irəliləyiş əldə etmişik”, – deyə o vurğulayıb.

AzPost.az

Seçilən
0
48
azpost.info

10Mənbələr