AZ

"Real Madrid" məğlub oldu

Yazını böyüt
Yazını kiçilt

İspaniya çempionatının 30-cu turunda ikinci yeri tutan "Real Madrid" səfərdə "Malyorka" ilə qarşılaşıb.

Hafta.az xəbər verir ki, kral klubu 1:2 hesabı ilə məğlub olub.

"Malyorka"nın ispan yarımmüdafiəçisi Manu Morlanes 41-ci dəqiqədə hesabı açıb. "Real Madrid"in braziliyalı müdafiəçisi Eder Militao 88-ci dəqiqədə bərabərliyi bərpa edib. "Malyorka"nın qələbə qolunu əlavə olunmuş vaxtda Kosovo hücumçusu Vedat Murik vurub.

"Real Madrid" 69 xalla ikinci, "Malyorka" isə 31 xalla 17-ci yerdədir.

Seçilən
12
8
hafta.az

10Mənbələr