AZ

“Real Madrid” La Liqada son altı oyunda üçüncü məğlubiyyətini alıb

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Real Madrid” İspaniya La Liqasının 30-cu turunda “Malyorka”ya 2:1 hesabı ilə məğlub olub.

Bu məğlubiyyət “Los Blancos” üçün İspaniya liqasında son altı oyunda üçüncü məğlubiyyət olub.

Madrid klubu bundan əvvəl 25-ci turda “Osasuna”ya (1:2) və 26-cı turda “Xetafe”yə (0:1) məğlub olmuşdu.

La Liqanın 30 oyunundan sonra “Real Madrid” 69 xalla turnir cədvəlində ikinci yerdədir. “Malyorka” düşmə zonasından çıxıb və 31 xalla 15-ci yerdədir.

Növbəti turda Alvaro Arbeloanın komandası aprelin 10-da evdə “Jirona” ilə, “Malyorka” isə aprelin 12-də "Rayo Valyekano" ilə qarşılaşacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
18
icma.az

10Mənbələr