AZ

"Bayer"i "Arsenal"a dəyişə bilər

"Bayer Leverkuzen" komandasının hücumçusu Kristian Kofane karyerasını İngiltərənin "Arsenal" klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, London klubu kamerunlu futbolçunun xidmətində maraqlıdır. Gənc forvardın Avropanın nüfuzlu klub turnirindəki parlaq və məhsuldar çıxışları böyük rezonans doğurub. Bu performans Arsenal komandasının baş məşqçisi Mikel Arteta tərəfindən də diqqətlə izlənilir.

Bununla belə, London təmsilçisinin transferi reallaşdırması asan olmayacaq. Belə ki, 19 yaşlı futbolçu uğrunda əsas rəqib kimi "Real Madrid" çıxış edir. İspaniya nəhəngi də kamerunlu istedada ciddi maraq göstərir.

"Bayer Leverkuzen" rəhbərliyi futbolçuya artan maraqdan xəbərdardır və onunla yollarını ayırmağa hazırdır. Lakin klub bu transfer üçün minimum 70 milyon avro tələb edir.

Qeyd edək ki, Kristian Kofane ötən yay İspaniyanın "Albasete" klubundan 5,25 milyon avro qarşılığında Leverkuzen təmsilçisinə transfer olunub. Cari mövsümdə o, 39 oyunda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun bazar dəyəri isə 40 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
3
9
90deqiqe.az

10Mənbələr