AZ

“Real” bu futbolçu ilə bağlı qərar verdi

"Real" mövsümün sonunda müqaviləsi başa çatan Antonio Rüdigerlə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, La Liqa nəhəngi almaniyalı futbolçunu komandada saxlayacaq. 

Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Kral klubu" 33 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalamağı planlaşdırır.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media 
 

Seçilən
1
16
bizim.media

10Mənbələr