AZ

TƏCİLİ! ABŞ-dən KRİTİK AÇIQLAMA – Artıq TÜKƏNİR

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi kampaniya ölkənin strateji uzaqmənzilli raket ehtiyatlarını kritik həddə çatdırıb. “Bloomberg”in yaydığı məlumata görə, Pentaqon İrandakı hədəfləri vurmaq üçün demək olar ki, bütün radara düşməyən “JASSM-ER” qanadlı raketlərindən istifadə edir.

NOCOMMENT.az xəbər verir ki, ABŞ ordusu şəxsi heyətini riskə atmamaq üçün uzaq məsafədən endirilən zərbələrə üstünlük verir və münaqişənin ilk həftələrində artıq 1000-dən çox belə raket istifadə olunub. Müharibədən əvvəl arsenalda olan 2300 ədəd raketdən hazırda digər bölgələr, o cümlədən Sakit okean regionu üçün cəmi 425 ədəd qaldığı bildirilir. Raketlərin çatışmazlığını aradan qaldırmaq üçün silahlar digər strateji istiqamətlərdən ABŞ Mərkəzi Komandanlığının bazalarına və Avropaya daşınır.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyət ABŞ-ın Çin kimi digər potensial rəqiblərini çəkindirmə qabiliyyətini zəiflədir. “Lockheed Martin” şirkətinin istehsal gücü itkiləri qısa müddətdə bərpa etməyə imkan vermir və arsenalın əvvəlki vəziyyətinə qaytarılmasının illərlə vaxt apara biləcəyi qeyd olunur.

Sara,
NOCOMMENT.az

Seçilən
2
21
nocomment.az

10Mənbələr