ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Türkiyə Mətbuat Şurasının sədri Sinan Burhan müğənni Hadisənin səhnə geyimini qınayıb. O, müğənninin seçdiyi obrazın etikadan uzaq olduğunu bildirib və bu mənzərəni kəskin ifadələrlə tənqid edib.Sinan Burhan öz sosial media hesabında Hadisənin çıxışını paylaşaraq bu tərzin sənətlə heç bir əlaqəsinin olmadığını vurğulayıb. O, müqayisə üçün Aşıq Veysəl, Neşet Ertaş, Yaşar Kamal və Ara Gülər kimi şəxsiyyətlərin adını çəkib. Sədr bu cür böyük simaların cəmiyyətə qalıcı dəyərlər qazandırdığını qeyd edərək Hadisənin sənətçi adlandırılmasına etirazını bildirib.
Görüntülərin yayılmasına reaksiya göstərənlərə də cavab verən Burhan gənclərin bu yolla zəhərləndiyini müdafiə edib. O, göz yummaqla problemin həll olunmadığını və artıq bu vəziyyətə bir son qoyulmasının vacibliyini qeyd edib. Məsələ ilə bağlı Hadisə tərəfindən hələlik heç bir açıqlama verilməyib.İsmayıl
Demokrat.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.