AZ

“Kəpəz” “Qəbələ”yə, “Neftçi” “Sumqayıt”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Əvvəlcə, “Kəpəz” “Qəbələ” ilə qarşılaşacaq. Bu oyunu Vüqar Həsənli idarə edəcək.

Daha sonra “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Oyunun baş hakimi Kamal Umudlu olacaq.

“Qarabağ” – “Karvan-Yevlax” görüşü sabah, “İmişli” – “Turan Tovuz”, “Zirə” – “Şamaxı” və “Araz-Naxçıvan” – “Sabah” matçları aprelin 7-də keçiriləcək.

Seçilən
34
22
publika.az

6Mənbələr