AZ

“İmişli” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 29-сu tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

“İmişli” “Sumqayıt”la qarşılaşacaq. Qubada keçiriləcək qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.

Növbəti oyunda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Oyunun baş hakimi FİFA referisi Kamal Umudlu olacaq.

“Şamaxı” – “Kəpəz”, “Neftçi” – “Qarabağ” oyunları sabah, “Turan Tovuz” – “Zirə”, “Sabah” – “Karvan-Yevlax” matçları aprelin 27-də keçiriləcək.

Seçilən
61
22
publika.az

9Mənbələr