AZ

Nəriman Axundzadə MLS-də növbəti oyununa çıxdı

Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” komandasının hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.

Msport.az xəbər verir ki, 21 yaşlı hücumçu VI tur çərçivəsində “Atlanta Yunayted”lə səfər matçında içtirak edib.

O, 90-cı dəqiqədə meydana çıxıb və Andres Erreranı əvəzləyib. Qarşılaşma Nərimanın komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyəti olub.

Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində “Qarabağ”dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Seçilən
5
6
msport.az

7Mənbələr