AZ

Nəriman Axundzadə MLS də növbəti oyununu keçirdi Komandası qələbə qazandı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.Demokrat.az xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun "Atlanta Yunayted"lə səfər matçında meydana çıxıb. Gənc forvard 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib.Qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyəti olub.Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
6
demokrat.az

7Mənbələr