AZ

Azərbaycan gimnastı qızıl medal qazanıb - FOTOLAR

Bakıda bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turniri davam edir.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, gənclər kateqoriyasında çıxış edən Azərbaycan təmsilçisi Azadə Atakişiyeva qızıl medal qazanıb.

O, lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı daha əvvəl topla hərəkətlərin icrasında ikinci olub.

Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş medala yiyələnib.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun vurulacaq.

"Cebheinfo.az"

Seçilən
21
12
cebheinfo.az

10Mənbələr