Bakı. Trend:
Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniridavam edir.
Trend-inməlumatına görə, gənclər kateqoriyasında çıxış edən Azərbaycantəmsilçisi Azadə Atakişiyeva gümüş medal qazanıb. O, topproqramında ikinci olub.
Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüşmedala yiyələnib.
15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekunvurulacaq.